PSJ-nin futbolçusu “Portu”nun hədəfində

Fransanın PSJ klubunun qapıçısı Kevin Trapp karyerasını Portuqaliyada davam etdirə bilər.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, son mövsümü icarə əsasında “Ayntraxt”da (Frankfurt) keçirən 29 yaşlı futbolçu, “Portu”nun transfer hədəfindədir.

PSJ-nin uyğun məbləğdə təklif alarsa, Trappın ayrılığına mane olmayacağı bildirilir. “Portu”nun tezliklə Paris təmsilçisinə rəsmi təklif göndərməsi gözlənilir.

Almaniyalı futbolçu son mövsümdə iştirak etdiyi 45 oyunda 61 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.