Braziliya millisində Neymar şoku

PSJ-nin hücumçusu Neymar Braziliya milli komandasının düşərgəsində zədələnib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, məşq zamanı belində ağrılan hiss edən Neymar müayinə olunub. 28 yaşlı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Neymar Braziliya millisinin DÇ-2022-nin seçmə mərhələsində Boliviya və Peru ilə qarşılaşacağı oyunları buraxa bilər.

Braziliya oktyabrın 10-da Boliviya, 14-də isə Peru ilə qarşılaşacaq.