PSJ Mbappeni itirdi

PSJ-nin hücumçusu Kilian Mbappe sıradan çıxıb.

Komanda.az xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Brügge”yə qarşı keçirilən səfər matçında zədələnib. Mbappe 51-ci dəqiqədə Mauro İkardi ilə əvəzlənib.

Mbappenin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Brügge” – PSJ oyunu 1:1 hesabıyla bitib.