PSJ-nin futbolçusu əməliyyat olundu – 6 ay olmayacaq

PSJ-nin futbolçusu Xuan Bernat əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı ispan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

İspaniya millisinin də üzvü olan Bernat, bir neçə gün öncə Fransa çempionatı çərçivəsində “Mets”ə qalib gəldikləri (1:0) oyun zamanı dizindən ağır zədə almışdı.