PSJ-dən La Liqa klubuna

PSJ-nin futbolçusu Serxio Riko karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 28 yaşlı qapıçı icarə əsasında “Malyorka”ya keçib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Riko mövsümün sonuna qədər “Malyorka”nın uğurları üçün çalışacaq.

Riko 2020-ci ilin sentyabrından PSJ-də idi. O, Paris klubu ilə ümumilikdə 24 matça çıxıb.