PSJ-də Ramos sevinci

PSJ-nin futbolçusu Serxio Ramos zədəsini tam sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə, 35 yaşlı müdafiəçinin bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcəyi bildirilib.

İspan oyunçunun Liqa 1-in 12-ci turunda, oktyabrın 29-u keçiriləcək “Lill”ə matçda debüt edəcəyi gözlənilir.

Ramos yayda PSJ ilə müqavilə imzalayıb. Ancaq o, yeni klubunda hələ rəsmi debüt etməyib.