PSJ-nin futbolçusu qəza keçirdi

PSJ-nin futbolçusu Erik Maksim Çupo-Motinq qəza keçirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, kamerunlu hücumçu Parisdə avtomobiliylə başqa avtomobili vurub. Hadisə nəticəsində Erik xəsarət almayıb, lakin digər avtomobilin sürücüsü yüngül yaralanaraq, xəstəxanaya aparılıb.

PSJ formasıyla Liqa 1-də bu mövsüm 18 qarşılaşmaya çıxan Erik, 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button