Neymar “Barselona”dan vaz keçməyib – doğum günü şənliyində etiraf

PSJ-nin futbolçusu Neymar yenidən “Barselona”ya qayıtmaq istədiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu, Luis Suresin həyat yoldaşının ad günü münasibəti ilə keçirdiyi şənlikdə iştirak edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Şənliyə Lionel Messinin də qatıldığı bildirilib. Neymar burda keçmiş komanda yoldaşlarına “Barselona”ya qayıtmaq istədiyini deyib.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə keçib. O, bu yay da Kataloniya təmsilçisinə qayıtmaq istədiyini açıqlamış, ancaq bu, mümkün olmamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button