Neymar yeni sevgilisi ilə Barselonaya getdi FOTOLAR

PSJ-nin futbolçusu Neymar yeni sevgilisi ilə Barselonaya gedib.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Fransa Liqa 1-in 13-cü turunun “Brest”lə oyunundan (2:1) sonra İspaniyaya yollanıb. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Neymar, “Barselona”dan keçmiş komanda yoldaşı Jordi Albanın təşkil etdiyi partiyə qatılmaq üçün İspaniyaya uçuş edib.

Model Noa Saeslə görüntülənən Neymarın bir müddətdir ki, bu qadınla sevgili olduğu bildirilir.