Neymar: “Möhtəşəm komandamız var və hər birimiz tərifə layiqik”

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan braziliyalı hücumçu, daha çox çalışmalı olduqlarını deyib:

“Möhtəşəm komandamız var və hər birimiz tərifə layiqik. Əsas olan növbəti mərhələyə yüksəlməyimiz idi. Yarımfinaldayıq, daha da irəli getmək istəyirik.

Özümü çox xoşbəxt hiss edirəm. Möhtəşəm komandaya qarşı oynadıq. Biz də ən yaxşılardanıq. Avropa çempionunu mübarizədən kənarlaşdırmağı bacardıq, indi daha çox çalışmalıyıq”.

PSJ Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində iki oyunun nəticəsinə görə Almaniyanın “Bavariya” komandasını mübarizədən kənarlaşdırıb (3:2, 0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button