Messi Ronaldo ilə rəqabətdən danışdı: “Möhtəşəm bir şey idi”

PSJ-nin futbolçusu Lionel Messi “France Football” nəşrinə müsahibə verib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu, “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo haqda da danışıb:

“Hər zaman özümü inkişaf etdirməyə çalışmışam, başqalarının nə etdiyinə fikir verməmişəm. Bir neçə il eyni çempionatda olduğumuz zaman Ronaldo ilə aramızda rəqabət var idi. Bu, möhtəşəm bir şey idi və hər ikimizin inkişafına kömək oldu”.