“Arsenal”dan 5 illik anlaşma

PSJ-nin futbolçusu Layven Kurzava yeni mövsümdə karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Arsenal” klubu ilə razılıq əldə edib. Bu barədə “France Football” nəşri məlumat yayıb. Xəbərdə, fransız futbolçunun “Arsenal”la 5 illik müqaviləyə razılaşdığı və yayda London klubuna keçəcəyi bildirilib.

2015-ci ildən PSJ-nin formasını geyinən Kurzavanın müqaviləsi mövsümün sonuna qədərdir. Fransa millisinə də dəvət alan müdafiəçi, “Arsenal”a azad agent kimi keçəcək.