“O, PSJ-nin əsas ulduzudur və mən onun yerini tutmaq istəmirəm” – Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe “France Football” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, fransız hücumçu, komanda yoldaşı Neymara kömək etmək istədiyini deyib:

“Mən Paris klubuna gələndə Neymar superulduz idi. Onunla heç bir mübahisəmiz yox idi. Sadəcə, ona kömək etmək istəyirdim. Lakin DÇ-2018-də ciddi zədələndi. Ancaq mən mundialı qazandım. Bundan sonra Neymarla danışdım və onun PSJ-dəki yerini tutmaq istəmədiyimi dedim.

Neymarın DÇ-2018-də zədələnməsi Fransa yığması üçün yaxşı idi. O, PSJ-nin əsas ulduzudur və mən onun yerini tutmaq istəmirəm. İstədiyim Neymara kömək etməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button