Mbappe PSJ-nin tarixinə düşdü

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda üç qol vurub.

Komanda.az xəbər verir ki, parislilərin 4:1 hesablı qələbəsinin memarlarından olan Mbappe klubun tarixinə düşüb.

Belə ki, 22 yaşlı hücumçu PSJ tarixinin ən çox qol vuran 3-cü futbolçusu olub. Mbappe Fransa klubunda 111 qol vurub.

PSJ tarixinin bombardiri 200 qolla Edinson Kavanidir.