Mbappe: “Onlar məndən milyard dəfə güclüdür”

PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, matçlarda maksimumunu göstərməyə çalışdığını deyib:

“Meydana çıxanda hər zaman özümə ən yaxşı olduğumu deyirəm. Baxmayaraq ki, Kriştiano Ronaldo və Lionel Messi kimi oyunçular var. Onlar məndən milyard dəfə güclüdür və daha çox şey əldə ediblər. Bunları başa düşürəm. Ancaq mən özümü bu yolla daha güclü hiss edirəm və oyunlarda əlimdən gələnin maksimumunu etməyə çalışıram”.

Mbappe bu mövsüm PSJ ilə 36 oyunda 30 qol vurub.