Mbappe: “O, dünyanın ən yaxşısıdır”

PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransız hücumçu, komanda yoldaşı Neymar haqda fikirlərini bildirib:

“Neymar meydanda hər şeyi edir. O, dünyanın ən yaxşısıdır. Kluba gəldiyim gündən hər şey bəlli idi. Neymar komandanın ürəyidir və ona kömək etməliyəm. PSJ-yə gələndə yüksələn bir ulduz idim və bunu meydanda təsdiqləməli idim”.