Mbappedən yeni müqavilə ilə bağlı açıqlama

PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Paris təmsilçisi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar apardıqlarını deyib:

“Klubum ilə yeni müqavilə ilə bağlı danışıqlarımız davam edir və düşünürəm. Parisdə özümü yaxşı hiss edirəm. Yeni müqavilə imzalasam, daha uzun bir müddət burada qalacam. Yaxın zamanda qərarımı verəcəm”.

Adı “Real”la hallanan Mbappenin hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.