Kavani qərarını açıqladı

PSJ-nin futbolçusu Edinson Kavani gələcək karyerasıyla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçu Fransa mətbuatına açıqlamasında deyib. O, növbəti mövsümdə də PSJ-də qalacağını deyib:

“Bu klubu, Parisi sevirəm. Ailəm də burda rahatdır. PSJ ilə müqaviləm davam edir. Növbəti mövsümdə də burda olacam”.

PSJ ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Kavani, bu mövsüm 31 oyunda iştirak edərək, 22 qol vurub.