Veynaldum peşman olub

PSJ-nin futbolçusu Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, Paris klubundakı vəziyyətin istədiyi kimi olmadığını deyib:

“Vəziyyət istədiyim kimi deyil. Bura irəli doğru bir addım atmaq fikriylə gəlmişdim. Amma hazırda tək olan şey xəyal qırıqlığıdır. Buna baxmayaraq, mən bir döyüşçüyəm və hər an döyüşə hazıram”.

Veynaldum yay transfer pəncərəsi dövründə “Liverpul”dan ayrılaraq PSJ-yə keçib.

30 yaşlı futbolçu PSJ ilə bu mövsüm 11 oyuna çıxıb.