“Qızıl top” Messinin haqqıdır”

PSJ-nin futbolçusu Anxel Di Mariya açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, həmyerlisi və komanda yoldaşı Lionel Messinin “qızıl top” mükafatına layiq olduğunu deyib:

“Qızıl top” mükafatını Messi qazanmalıdır. O, buna layiqdir. Karyerasında önəmli bir il keçirdi. Ölkəsinin milli komandası ilə Amerika kubokunu qazandı. Buna görə, “qızıl top” Messinin haqqıdır”.