Ərəbcə danışan Hakimini PSJ-yə aparan səbəblərdən biri

PSJ-nin futbolçusu Əşrəf Hakimi maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan mərakeşli müdafiəçi, Parisi seçməsinin səbəbini açıqlayıb:

“Mən Mərakeş mədəniyyəti ilə böyümüşəm. Evimizdə ərəbcə danışırıq. Mən müsəlmanam. PSJ-yə gəlməyimin səbəblərindən biri də Parisdə müsəlmanların çox olmasıdır. Mədəniyyət olaraq burda özümü rahat hiss edəcəyimi bilirdim”.

PSJ Hakimi ilə 5 illik müqavilə imzalayıb.