PSJ-nin futbolçusu əməliyyat olundu

PSJ-nin futbolçusu Tyaqo Silva əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Sağ dizindən əməliyyat edilən Silva, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Müdafiəçi, cari mövsümdə 39 qarşılaşmada iştirak edib.

PSJ, Liqa 1-də 35 turdan sonra 85 xalla liderdir. Paris təmsilçisi sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.