“Çempionlar Liqasının favoriti “Çelsi”dir”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı mütəxəssis, İngiltərənin “Çelsi” klubunun Çempionlar Liqasının favoriti olduğunu deyib:

“Çempionlar Liqasını qazanmaq bizim üçün bir xəyaldır, arzudur. Futbolçularım bu arzunu reallaşdırmaq üçün çalışırlar.

Çempionlar Liqasının favoriti “Çelsi”dir. Onlar yay transfer pəncərəsi dövründə heyətlərini gücləndirdilər. Bəlkə də, bizdən daha çox pul xərclədilər. Çempionlar Liqasının əsas favoriti “Çelsi”dir, biz də namizədlər arasındayıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button