PSJ-nin baş məşqçisində koronavirus aşkarlandı

Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə argentinalı mütəxəssisin koronavirus testinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Bu üzdən də o, özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel Daqostino rəhbərlik edəcək.

PSJ Liqa 1-in 20-ci turu çərçivəsində yanvarın 16-da “Anje” ilə qarşılaşacaq.