“İlk deyil və son da olmayacaq” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel Fransa Liqa 1-in 12-ci turunda “Dijon”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Futbolda hər şey mümkündür. Liqanın sonuncusunun lideri məğlub etməsi ilk deyil və son da olmayacaq. Oyunu ilk hissədə uduzduq. Çox zəif oynadıq və maçtı idarə edə bilmədik.

Meydanda lazımi mübarizəni göstərmədik. Oyunu qazanmağa layiq deyildik. Futbolçular işlərini düzgün edirdilər, ancaq temp zəif idi. “Dijon” da bundan faydalandı”.