“Bir az qorxu ilə oynadıq” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Tuxel, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Erlinq Haland fiziki cəhətdən çox güclüdür. Düşünürəm ki, onu saxlaya bilirdik. Heç bir şeyə peşman deyiləm. Oyundan əvvəl qərar verməliyəm və onun məsuliyyətini öz üzərimə götürürəm. Başqa sxemlə çıxsaydıq, necə oynayacağımızı kimsə bilməzdi.

Nəticənin yaxşı olmadığını bilirəm, bunu demək asandır. Burada digər komandalar da məğlub olub. Bu, normaldır. Hücumda səbrli olmadıq, tez hərəkət etdik. Artıq qolların vaxtı gələndə açıq oyun oldu. Planladığımız kimi hücumlar qura bilmədik. İkinci qolu vurmağa yaxın idik. Bir az qorxu ilə oynadıq. Bunu meydanda həll etməli idik”.