PSJ-nin baş məşqçisi cəzalandırıldı

PSJ-nin baş məşqçisi Tomas Tuxel cəzalandırılıb.

Komanda.az xəbər verir ki, Liqa 1-in 31-ci turunda “Strasburq”la matçda (2:2) texniki zonadan uzaqlaşdırılan Tuxelə cəza verilib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Fransa Liqa 1-in İntizam Komitəsi alman mütəxəssisi 1 oyunluq cəzalandırıb. Tuxel PSJ-nin 32-ci turda “Nant”la qarşılaşacağı matçda texniki zonada olmayacaq. Paris təmsilçisi sözügedən qarşılaşmada qələbə qazanacağı təqdirdə, Liqa 1-də çempionluğunu rəsmiləşdirəcək.

PSJ – “Nant” matçı aprelin 17-də, saat 21:00-da start götürəcək.