PSJ-nin Atal arzusu

Fransanın “Nitsa” klubunun 23 yaşlı futbolçusu PSJ-nin hədəfindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, “Nitsa”nın cinah futbolçusu Yosef Atalı transfer etmək niyyətindədir. Klubun idman direktoru Leonardo “Nitsa” ilə danışıqlara start verib. “Nitsa”nın futbolçunu satmaq niyyətində olmadığı, amma Paris təmsilçisinin bu transferdə israr etdiyi bildirilir.

2018-ci ildən “Nitsa”nın şərəfini qoruyan Atal, iştirak etdiyi 30 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button