PSJ-dən inamlı qələbə

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. “Marsel” bu turda “Anje”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Lion” isə “Lill” ilə üz-üzə gəlib və doğma meydanda minimal hesabla uduzub.

Sonuncu oyun gününə altı qarşılaşma nəzərdə tutulsa da, “Amyen” – “Reyms” matçı təxirə salınıb.

Dörd qolun qeydə alındığı “Dijon” – “Monpelye” matçında qalib müəyyənləşməyib. “Renn” səfərdə “Mets”ə, “Monako” isə “Tuluza”ya qalib gəlib. “Sent-Etyen” doğma meydanda “Nitsa”nı darmadağın edib. PSJ isə “Nant”la ev oyununda inamlı qələbəyə sevinib.

Fransa Liqa 1, 16-cı tur

3 dekabr

Anje – Marsel 0:2
Qol
: Sanson, 17. Payet, 41-pen.

Bordo – Nim 6:0
Qol
: Maya, 24; 37; 53. De Preville, 58. Otavio, 76; 87.

Brest – Strasburq 5:0
Qol
: Mendi, 21. Battokkio, 45+1; 53; 75. Nqoma, 90+3.

Lion – Lill 0:1
Qol
: İkone, 68.

4 dekabr

Amyen – Reyms matçı təxirə salınıb

Dijon – Monpelye 2:2
Qol
: Sambia, 2-öz qapısına. Mavididi, 72 – Molle, 15. Savanye, 29.

Mets – Renn 0:1
Qol
: Hunu, 39.

Sent-Etyen – Nitsa 4:1
Qol
: Bouanqa, 11-pen; 58. Hamuma, 38. Fofana, 40 – Dolberq, 15.

Tuluza – Monako 1:2
Qol
: Sanoqo, 40 – Ben Yedder, 5-pen. Martins, 84.

PSJ – Nant 2:0
Qol
: Mbappe, 52. Neymar, 85-pen.

Bombardir: Mussa Dembele (Lion), Vissam Ben Yedder (Monako) – 10 qol.