“Marsel” büdrədi, “Lion” uduzdu

Fransa Liqa 1-də 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Renn” doğma azarkeşləri qarşısında “Nant”ı qəbul edib. Beş qolun qeydə alındığı bu görüşdə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Turnir cədvəlinin vahid lideri PSJ “Monpelye”ni sınağa çəkib. Paris təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.

“Monako” isə autsayder “Nim”in qonağı olub və məğlubiyyətlə üzləşib.

Sonuncu oyun günündə üç görüş baş tutub. Səfərdə “Nitsa” ilə qarşılaşan “Lion” turu məğlubiyyətlə başa vurub. “Sent-Etyen” də “Mets”lə səfər oyunundan məğlub ayrılıb. “Bordo” – “Marsel” matçında isə qapılara qol vurulmayıb.

Fransa Liqa 1, 22-ci tur

31 yanvar

Renn – Nant 3:2
Qol
: Rafinya, 71; 90+8. Burijo, 90+5 – Da Silva, 47-öz qapısına. Simon, 80.

1 fevral

PSJ – Monpelye 5:0
Qol
: Sarabia, 8. Di Mariya, 41. Konqre, 44-öz qapısına. Mbappe, 57. Kurjava, 65.

Amyen – Tuluza 0:0

Anje – Reyms 1:4
Qol
: Aliui, 7 – Ture, 38-pen. Abdelhamid, 62. Santamaria, 74-öz qapısına. Dia, 75.

Dijon – Brest 3:0
Qol
: Balde, 3; 20. Mavididi, 77.

Nim – Monako 3:1
Qol
: Migel, 27. Filipoto, 62. Martines, 79 – Ben Yedder, 13.

Strasburq – Lill 1:2
Qol
: Tomasson, 12 – Qabriel, 65. Osimhen, 79.

2 fevral

Nitsa – Lion 2:1
Qol
: Dolberq, 33; 64 – Ekambi, 45.

Mets – Sent-Etyen 3:1
Qol
: Nquette, 44; 70. Diallo, 63 – Hamuma, 89.

Bordo – Marsel 0:0

Bombardir: Vissam Ben Yedder (Monako) – 15 qol.