PSJ-dən ilk heç-heçə

Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Marsel” səfərdə “Renn”in qonağı olub və minimal hesabla üstün olub.

“Lion” bu turda “Bordo” səfərinə yollanıb və əzmkar qələbəyə sevinib.

“Anje” – “Nitsa” matçında qalib müəyyənləşməyib. “Mets” “Strasburq”u, “Nim” “Reyms”i məğlub yola salıb. “Amyen” “Monpelye”yə, “Tuluza” “Brest”ə uduzub.

Sonuncu oyun günündə “Sent-Etyen” evdə “Nant”a uduzub. “Dijon” isə “Lill”i məğlub yola salıb.

Turun mərkəzi görüşündə lider PSJ “Monako”nu sınağa çəkib. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Bu, həm də Paris təmsilçisinin cari mövsümdəki ilk heç-heçəsi olub.

Fransa Liqa 1, 20-ci tur

10 yanvar

Renn – Marsel 0:1
Qol
: Strotman, 84.

11 yanvar

Bordo – Lion 1:2
Qol
: Briand, 15 – Korne, 50. Dembele, 53.

Amyen – Monpelye 1:2
Qol
: Dibassi, 14 – Laborde, 50. Delor, 83.

Anje – Nitsa 1:1
Qol
: Tioub, 37 – Siprien, 45+4-pen.

Mets – Strasburq 1:0
Qol
: Boye, 58.

Nim – Reyms 2:0
Qol
: Ripar, 15. Benrahu, 90+2.

Tuluza – Brest 2:5
Qol
: Diakite, 16; 21 – Kurt, 7. Karbonye, 72; 77. Mbok, 79. Kardona, 85.

12 yanvar

Sent-Etyen – Nant 0:2
Qol
: Abeyd, 23. Blas, 48.

Dijon – Lill 1:0
Qol
: Tavares, 47.

PSJ – Monako 3:3
Qol
: Neymar, 3; 42-pen. B.Ture, 24-öz qapısına – Martins, 7. Ben Yedder, 13. Slimani, 70.

Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.