“Sent-Etyen”lə “Tuluza” səfərdə uduzdu

Fransa Liqa 1-də 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, açılış matçında “Marsel” “Brest”i sınağa çəkib və çətin qələbəyə sevinib.

Şənbə günü daha altı qarşılaşma baş tutub. “Nim” – “Mets” və “Reyms” – “Bordo” oyunlarında qalib müəyyənləşməyib.

“Lill” “Dijon”u, “Monpelye” “Amyen”i, “Nitsa” isə “Anje”ni məğlub yola salıb. Səfərdə “Strasburq”la qarşılaşan “Lion” isə qələbə qazanıb.

Turun mərkəzi görüşündə lider PSJ “Monako” ilə qarşılaşmalı di. Amma bu oyun güclü yağış səbəbindən təxirə salınıb.

Fransa Liqa 1, 15-ci tur

29 noyabr

Marsel – Brest 2:1
Qol
: Sarr, 56. Radonyiç, 89 – Kardona, 88.

30 noyabr

Strasburq – Lion 1:2
Qol
: Fofana, 22 – Kornet, 40. Adelayde, 75.

Lill – Dijon 1:0
Qol
: Osimhen, 45+6.

Monpelye – Amyen 4:2
Qol
: Le Tallek, 14. Laborde, 64. Delor, 67. Molle, 72 – Kakuta, 44. Lahne, 86.

Nitsa – Anje 3:1
Qol
: Lusamba, 39. Maolida, 53. Dolberq, 90 – Fulqini, 22.

Nim – Mets 1:1
Qol
: Ripar, 61 – Diallo, 30.

Reyms – Bordo 1:1
Qol
: Dia, 90+3 – Maya, 27.

1 dekabr

Nant – Tuluza 2:1
Qol
: A.Ture, 43. Blas, 53 – Leya, 90+6.

Renn – Sent-Etyen 2:1
Qol
: Rafinya, 25. Da Silva, 90+3 – Dioni, 19.

Monako – PSJ matçı təxirə salınıb

Bombardir: Mussa Dembele (Lion) – 10 qol.