PSJ Mbappeyə nə təklif edir?

PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə müqavilənin uzadılmasında prinsipial razılıq verib.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, Mbappenin PSJ-də maaşı ildə 50 milyon avro ola bilər. Bundan əlavə, o, imza bonusu olaraq 100 milyon avro alacaq. Mbappenin parislilərlə müqaviləsi daha bir il uzadılma şərti ilə iki il olacaq.

Daha əvvəl Mbappenin ailəsinin “Real” rəhbərliyi ilə danışıqlar aparmaq üçün İspaniya paytaxtına gedəcəyi bildirilirdi.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb. 23 yaşlı forvardın hesabında 35 qol və 19 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button