Mbappe satılmır!

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe komandadan ayrılmayacaq.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun sahibi Tamim bin Hamad Əl-Tani qərar verib. Qətər əmiri, 21 yaşlı futbolçunun satılmasını qadağan edib.

Mbappenin xidmətində “Real”ın maraqlı olduğu bildirilirdi.

Futbolçunun PSJ ilə ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.