“Heç vaxt PSJ-də oynamayacam” – Hazard

İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard maraqlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı hücumçu, PSJ-dən təklif aldığını bildirib:

“PSJ məni bir neçə dəfə transfer etmək istədi, amma mən həmişə bu təklifdən imtina etdim. Heç vaxt PSJ-də oynamayacam. Fransaya qayıtsam, ancaq “Lill”də oynayaram”.

Yay transfer dövründə “Çelsi”dən “Real”a keçən 28 yaşlı futbolçu, 2007-2012-ci illərdə “Lill”in şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button