PSJ Lukaku üçün hərəkətə keçdi

PSJ “Çelsi”nin hücumçusu Romelu Lukakunu transfer etmək üçün danışıqlar aparır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Kilian Mbappe Paris təmsilçisi ilə müqaviləsini hələ də yeniləmədiyi üçün klub rəhbərliyi diqqətini belçikalı forvarda yönəldib.

Mbappenin PSJ ilə müqaviləsi bu ilin yayında başa çatacaq. Onunla Madridin “Real” klubu yaxından maraqlanır.