PSJ-dən darmadağın

Futbol üzrə Fransa çempionatında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Nitsa” son 5 matçdan qalib ayrılan “Renn”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Son çempion “Lill” də autsayder “Bordo” ilə ev oyununda 1 xalla kifayətlənib.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Strasburq” “Lans”ı, ”Trua” – “Reyms”i minimal hesabla üstələyib.

“Klermon” evdə “Nant”a, “Mets” “Monako”ya, “Monpelye” “Brest”ə məğlub olub. Lion “Olimpik”inin “Anje” ilə məhsuldar görüşü meydan sahiblərinin qələbəsiylə başa çatıb. Marsel “Olimpik”i isə təhlükəli zonadan qurtulmağa can atan “Sent-Etyen”in qonağı olub. Altı qolun qeydə alındığ bu görüş qonaqlarln qəqləbəsiylə yekunlaşıb.

Ötən tur “Monako”ya böyük hesabla məğlub olan PSJ isə dogma meydanda “Loryan”ı sınağa çəkib. Paris təmsilçisi bu görüşdə darmadağına sevinib.

Fransa Liqa 1, 30-cu tur

2 aprel

Nitsa – Renn 1:1
Qol
: Delor, 67 – Terrye, 78.

Lill – Bordo 0:0

3 aprel

Strasburq – Lans 1:0
Qol
: Ayorke, 67-pen.

Klermon – Nant 2:3
Qol
: Xaui, 58. A.Samed, 63 – Blez, 43. Çirivella, 62. Muani, 67.

Sent-Etyen – Marsel 2:4
Qol
: Buanqa, 9. Duat, 86 – Payet, 45+1-pen. Kolodzeyçak, 60-öz qapısına. Dienq, 68. Harit, 73.

Mets – Monako 1:2
Qol
: Amadu, 62 – Ben Yedder, 46. Boadu, 72.

Monpelye – Brest 1:2
Qol
: Savanye, 90+3 – Satriano, 69. Honorat, 79.

Trua – Reyms 1:0
Qol
: Ripar, 90+2.

Lion – Anje 3:2
Qol
: Dembele, 26; 52. Tete, 80 – Pereyra, 50. Bufal, 59.

PSJ – Loryan 5:1
Qol
: Neymar, 12; 90. Mbappe, 28; 67. Messi, 73.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button