PSJ darmadağınla üzləşdi

Fransa Liqa 1-də 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Dijon” “Amyen”i qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. “Nant” isə “Lion”la üz-üzə gəlib. Üç qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd oyun baş tutub. “Marsel” doğma meydanda “Nim”ə qalib gəlib. “Kan” isə “Anje” ilə ev oyunundan məğlub ayrılıb.

“Monako” – “Reyms” matçında hesab açılmayıb. Altı qolun qeydə alındığı “Strasburq” – “Genqam” görüşündə də qalib müəyyənləşməyib.

Lider PSJ isə bu turda “Lill” səfərinə yollanıb. Paris təmsilçisi qələbə qazanacağı təqdirdə, sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Amma qonaqlar bu görüşdə biabırçı məğlubiyyətlə üzləşiblər və çempionluğu ən azı növbəti tura qədər təxirə salmalı olublar.

Fransa Liqa 1, 32-ci tur

12 aprel

Dijon – Amyen 0:0

Nant – Lion 2:1
Qol
: Kulibali, 11. Limbombe, 83 – Terrye, 41.

13 aprel

Marsel – Nim 2:1
Qol
: Jerman, 72. Qustavo, 73 – Savanye, 82-pen.

Kan – Anje 0:1
Qol
: Adelayde, 61.

Monako – Reyms 0:0

Strasburq – Genqam 3:3
Qol
: Ayorke, 39. Prçiç, 69 – Turam, 37. Do, 63. Sorbon, 87.

14 aprel

Renn – Nitsa 0:0

Monpelye – Tuluza 2:1
Qol
: Skhiri, 54. Kamara, 77 – Sidibe, 67.

Sent-Etyen – Bordo 3:0
Qol
: Xazri, 56-pen. Debuşi, 74; 90.

Lill – PSJ 5:1
Qol
: Munye, 7-öz qapısına. Pepe, 51. Bamba, 65. M.Qabriel, 71. Fonte, 74 – Bernat, 11.

Bombardir: Kilian Mbappe (PSJ) – 27 qol.