İkardi yenidən İtaliyada?

PSJ klubunun futbolçusu Mauro İkardi yayda İtaliyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb. O, İkardi ilə “Yuventus” və “Milan”ın yaxından maraqlandığını bildirib. İkardinin meneceri və həyat yoldaşı Vanda Nara A Seriyası klublarının təmsilçiləri ilə görüşəcək.

İkardi bu mövsüm PSJ ilə 26 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

28 yaşlı hücumçu 2019-cu ilin sentyabrında “İnter”dən PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button