PSJ-dən “Neftçi”nin üzvlərinə şad xəbər

PSJ klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Keylor Navas zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransa Liqa 1-in 13-cü turunun “Brest”lə oyunundan (2:1) əvvəl zədələnən Navas, azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

32 yaşlı qapıçı zədə səbəbiylə Kosta Rika millisinin KONKAKAF Millətlər Liqasında Kurasao və Haiti milli komandası ilə qarşılaşacağı oyunlarda iştirak etməyəcək.

Haiti milli komandasında “Neftçi”nin iki üzvü – Donald Gerye və Soni Mustivar forma geyinir.