“Barselona” üçün Neymar mövzusu bağlanır

PSJ-nin hücumçusu Neymar klubla yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Paris klubu ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb. Məlumata görə, yeni müqavilənin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulacaq.

Neymarın keçmiş klubu “Barselona”ya qayıtmaq istədiyi deyilirdi.

2017-ci ildən PSJ-də çıxış edən 28 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button