PSJ istədi, “Napoli” 100 milyon avro tələb etdi

Fransanın PSJ klubu “Napoli”nin hücumçusu üçün hərəkətə keçib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paris klubu, “Napoli”nin 28 yaşlı futbolçusu Lorenso İnsinyeni heyətinə qatmaq niyyətindədir. PSJ-nin İnsinye üçün Neapol təmsilçisinə 70-80 milyon avro arası təzminat məbləği təklif etdiyi, “Napoli”nin isə italiyalı futbolçu üçün 100 milyon avro tələb etdiyi bildirilir.

“Napoli” ilə müqavilə müddəti 2022-ci ilədək nəzərdə tutulan italiyalı futbolçu, son mövsümdə iştirak etdiyi 41 oyunda 14 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.