“Buna hazır olmalıyıq” – Naqelsmann

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində PSJ ilə qarşılaşacaq “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmann oyundan öncə açıqlama verib.

Komanda.az Almaniya klubunun saytına istinadən xəbər verir ki, alman mütəxəssis, Paris təmsilçisi ilə fərqli və maraqlı oyunun olacağını bildirib:

“Turnirin yarımfinal mərhələsində olduğumuz üçün məmnunuq, amma komanda növbəti addımı atmaq istəyir. Komandam buna hazırdır. Meydanda əlimizdən gələni edəcəyik və rəqibə maksimum çətinlik yaradacağıq. PSJ hücum xəttində inanılmaz futbolçulara və keyfiyyətə sahibdir, yaxşı qol fürsətləri yaratmağı normaldır. Buna görə də, müdafiədə diqqətli olmaq vacib olacaq. PSJ ilə oyundakı işim “Atletiko” ilə matçdakı (2:1) işimdən fərqli olacaq. PSJ ispanlardan daha sürətli oyun göstərəcək və buna hazır olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button