Final matçının ən yaxşısı PSJ-li oldu

PSJ ilə “Lion” arasında keçirilən Fransa Liqa kubokunun final matçının ən yaxşı oyunçusu məlum olub.

Komanda.az xəbər verir ki, oyunun ən yaxşısı adına PSJ-dən Marko Verratti layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. İtaliyalı yarımmüdafiəçi 37,7 faizlə matçın ən yaxşısı olub.

PSJ – “Lion” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ qələbə qazanan tərəf olub.