PSJ hücumçularına qovuşdu

PSJ-nin zədəli hücumçuları Kilian Mbappe və Neymar sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu məşqlərə qoşulub. Onlar Liqa 1-in növbəti turunda keçiriləcək “Monako” ilə oyun üçün sifariş ərizəsinə daxil edilib.

“Monako” – PSJ oyunu bu gün, saat 00:00-da başlayacaq.