PSJ-nin zədəlilərindən ikisi sağaldı

PSJ Liqa 1-in 10-cu turunda “Nitsa” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin heyətində bir müddətdir ki, zədədən əziyyət çəkən Kilian Mbappe və Edinson Kavani tam sağalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hər iki oyunçunun “Nitsa” ilə oyunda meydanda olacağı gözlənilir. Neymar və İdrissa Qeye isə zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.

Bu gün keçiriləcək “Nitsa” – PSJ matçı saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button