Mbappenin yeni uğuru

PSJ Fransa kubokunun 1/4 finalında “Dijon”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin 6:1 hesabıyla qalib gəldiyi matçda Kilian Mbappe yeni uğura imza atıb.

Belə ki, “Dijon”la oyunda da qol vurmağı bacaran Mbappe, PSJ-nin heyətində bu mövsüm bütün turnirlərdə də qol vuran ilk futbolçu olub. 21 yaşlı hücumçu Liqa 1-də 15, Liqa kubokunda 5, Çempionlar Liqası, Fransa kuboku və Fransa superkubokunda eyni sayda – 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button