PSJ 35 milyon avroya hücumçu transfer edir

PSJ klubu “Reyms”in hücumçusu Uqo Ekitikenin transferi ilə bağlı razılığa gəlib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, tərəflər transfer üçün bütün vacib şərtləri razılaşdırıblar və müqavilə imzalanmazdan əvvəl futbolçu tibbi müayinədən keçməlidir. Hücumçunun transferi Fransa çempionuna 35 milyon avroya başa gələcək.

Ekitike 2021/2022 mövsümündə “Reyms”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button