Mbappe üçün 230 milyon avro

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappenin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, 20 yaşlı futbolçuya 230 milyon avro qiymət qoyub. Futbolçunun komandadan ayrılmasını istəməyən klub rəhbərliyi, bu rəqəmdən aşağı olan bütün təkliflərdən imtina edəcək.

“Real”ın Mbappe ilə yaxından maraqlandığı bildirilir.

PSJ ilə 2022-ci ilədək müqaviləsi olan fransalı futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 43 matçda 39 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button