PSJ-dən Mbappeyə ağlasığmaz təklif!

PSJ Kilian Mbappeyə yeni təklif göndərib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris nəhəngi futbolçunun klubun idarəçiliyində iştirakına icazə vermək niyyətindədir. Məlumata görə, PSJ əsas ulduzunun “Real”a keçməsinin qarşısını hər vəchlə almağa çalışır.

Paris təmsilçisi Mbappeyə gələn mövsümdən klub layihəsinin sahiblərindən biri olmağı təklif edəcək. Kilian təklifi qəbul etsə, məşqçi dəyişikliyi zamanı söz sahibi olacaq və transfer siyasətinə təsir göstərəcək.

Xatırladaq ki, Mbappe bu mövsüm PSJ-in heyətində bütün turnirlərdə 45 matçda iştirak edib, 36 qol vurub və 26 məhsuldar ötürmə edib. Artıq bu il iyunun 30-da onun klubla müqaviləsi başa çatır, bundan sonra Mbappe azad agent sayılacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button